“Aquatherm Baku 2019” sərgisi 22-25 oktyabr tarixlərində keçiriləcək!

“Aquatherm Baku 2019” sərgisi 22-25 oktyabr tarixlərində keçiriləcək!

23 sentyabr 2019 0000

22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı,  Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku” baş tutacaq. Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

“Aquatherm Baku 2019” sərgisi:

  1. Kondisionerləşdirmə, havalandırma, istilik və su təchizatı, eləcə də havanın emalı və təmizlənməsi sahəsində hər il keçirilən ixtisaslaşmış sərgidir.
  2. 36% yerli eksponentlərdən ibarətdir. Ənənəvi iştirakçılar arasında aşağıdakı şirkətlər yer alır: Azertexnolayn, Anadolu Kafkas Insaat San. ve Tic. A.S., Polymart, Euroclima, Newcond, Yusi Ko, Turan Makina və s.
  3. Xarici iştirakçılar sırasında bu il İtaliya, Livan, Çin, Rusiya, Türkiyə, Çex Respublikası və digər ölkə nümayəndələri yer alır. Sərginin debütantı qismində havalandırma sistemlərini təqdim edən Səudiyyə Ərəbistanı çıxış edir. Həmçinin Udmurt Respublikası da tədbirdə öz regional stendi ilə çıxış edir.
  4. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyatorlar, istilik sistemləri, istilik izolyasiyasi materialları, vanna və cakuzilər, saunalar, üzgüçülük hovuzları, qizdırıcılar, kompressorlar, kulerlər, enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, içməli su istehsalı, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi sektorlar əhatə olunacaq. Tam siyahı ilə likdən keçərək tanış ola bilərsiniz: https://aquatherm.az/az-content/54.html
  5. “B2B” formatlı görüşlərin, o cümlədən seminar, müsabiqə, təqdimat zonası və bir sıra digər tədbirlərin daxil olduğu dolğun işgüzar və əyləncə proqramı.
  6. Faydalı əlaqələr, yeni fürsətlər və peşəkar ziyarətçilər.

Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN