Azərbaycan perspektivli tərəfdaşa çevrilə bilər

Azərbaycan perspektivli tərəfdaşa çevrilə bilər

19 oktyabr 2026
 Xu Wei,"HUIDA" şirkətinin satış üzrə meneceri

Şirkətimiz "HUIDA" adlanır və sanitariya-texnika sahəsində ixtisaslaşıb. Əsas fəaliyyət istiqamətimiz keramikadır. Biz yalnız keramika məhsulları deyil, həmçinin hermetik vasitələr, qarışdırıcılar , duş kabinələri və digər avadanlıqlar tədarük edirik. Faktiki olaraq, vanna otaqları üçün kompleks həllər təqdim edirik. Coğrafi əhatə dairəsinə gəlincə, şirkətimiz Rusiya, Qazaxıstan və Qırğızıstan bazarlarında fəaliyyət göstərir. Təkcə Rusiyada məhsullarımızın satıldığı 300 ticarət obyekti mövcuddur.
Azərbaycan bazarını öyrənərək belə qənaətə gəldik ki, burada ixtisaslaşdırılmış niş tutmaq və öz biznesimizi açmaq mümkündür. Doğrudur, yerli bazarda maraqlarımızın kəsişdiyi kifayət qədər brend var. Lakin həmkarlarımız və potensial tərəfdaşlarımızla görüşərkən brendimizin tanındığına və ona hörmətlə yanaşıldığına əmin olduq. Bu, həm şirkətimiz üçün, həm də ümumilikdə sərginin potensialını xarakterizə edən yaxşı göstəricidir. Bu səbəbdən Azərbaycan bizim üçün perspektivli tərəfdaşa çevrilə bilər.
Bu cür sərgilər, xüsusilə də çoxsaylı xarici iştirakçıların qatıldığı genişmiqyaslı formatda keçirildikdə, şübhəsiz ki, çox faydalı və tələb olunandır. Yüksək ehtimalla, gələn il şirkətimiz "Aquatherm Baku" sərgisində iştirak edəcək.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN