“Termosmart” və “Termohot” markalarının təqdimatı

“Termosmart” və “Termohot” markalarının təqdimatı

19 oktyabr 2017 0000

Renat Məcidov, “Termoklimat” şirkətinin servis müdiri

– Şirkətimiz, istilik və soyutma sistemlərinin, o cümlədən ventilyasiya, qazan avadanlıqları, bu sahəyə aid olan digər avadanlıqların satışı ilə məşğuldur. Bizim şirkət innovativ qazanlar istehsal edən Fransanın “Frisquet” şirkəti, İtalyanın “Sime” markası (divar və döşəmə qazanları), Almaniyanın “Viega” şirkəti (press-fitinqlər) və dünyanın başqa ən böyük istehsalçılarının distribyutorudur. Lakin sərgidə iştirak etməkdə əsas məqsədimiz öz şəxsi məhsulumuz olan “Thermosmart” və “Termohot” markalarını bazarda təqdim etməkdir. “Termosmart” avadanlıqları yerli şəbəkə və ya “Wi-Fi” vasitəsi ilə “Sime” qazanlarının uzaqdan idarə olunması üçün nəzərdə tutulmuşdur. “Termohot” markası altında, böyük pəncərələrin önünə quraşdırılan döşəməaltı konvektorlar hazırlanır.

“Termoklimat” şirkəti “Aquatherm Baku 2017” beynəlxalq sərgisində debüt edir. Biz sərgi auditoriyasına şirkətimizin fəaliyyəti barədə məlumat vermək, maraqlanan tərəfləri təklif olunan avadanlıqların keyfiyyətlə quraşdırılması da daxil olmaqla, məhsul və xidmətlərimiz ilə tanış etmək niyyətindəyik. Bütün arzu edənləri, xüsusilə də dilerlər, şəxsi mağazalara sahib olan sahibkarlar və s. qismində məhsullarımızın distribusiyasını həyata keçirmək istəyən mütəxəssisləri stendimizə dəvət edirik.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN