Sərgilərin monitorinqi və bazarın təhlili

Sərgilərin monitorinqi və bazarın təhlili

19 oktyabr 2026
Anastasiya Yeroxina,"VAKIO" şirkətinin meneceri (Rusiya)

Mən Novosibirsk şəhərində yerləşən havalandırma avadanlıqları istehsalçısı olan Rusiya zavodunu təmsil edirəm. Rusiya havalandırma avadanlığı tərtibatçıları və istehsalçılarından ibarət kollektivimiz indiki "Aquatherm Baku" kimi sərgilərdə maraqlıdır. Bura dünyanın hər yerindən olan peşəkarların görüşməsi üçün uğurlu bir məkandır. Burada məni ilk növbədə isitmə, havalandırma, kondisionerləşdirmə, su təchizatı və santexnika sahələri cəlb etdi. Hər bir peşəkar fəaliyyətdə müvafiq sərgilərin monitorinqi və xarici bazarın təhlili faydalıdır. Beləliklə, "Aquatherm Baku" mənim kimi sərgi qonaqları üçün maraq kəsb edən hər iki mövqeyi özündə birləşdirir.
Sərgi havalandırma sahəsində yeni tərəfdaşların axtarışına, tərəfdaşımızın diler şəbəkəsinin inkişafına, həmçinin tikinti şirkətləri (tikinti təşkilatçıları) ilə əlaqələrin qurulmasına kömək edir. Ən əsası, bu tədbirin, daha dəqiq desək, müxtəlif iştirakçı şirkətlərin nümayəndələrinin yaxşı əlaməti kimi adlandırmaq olar ki, həm yerli sahibkarlar, həm də Azərbaycan bazarına ilk dəfə qədəm qoyanlar üçün sərfəli olan əməkdaşlığa aydın maraq var.
Biz bu sərgidə ilk dəfəyik, lakin qeyd etmək istəyirəm ki, Azərbaycanda məhsullarımızın təşviqinə fəal şəkildə kömək edən "Briz Aza" şirkəti simasında tərəfdaşımız var. O, yerli bazarda "VAKIO"nu təmsil edir və onun vasitəsilə Rusiya havalandırma avadanlıqlarını həm pərakəndə, həm də topdansatış yolu ilə əldə etmək mümkündür.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN