Sərgiyə ən son layihələrimizlə gəlirik

Sərgiyə ən son layihələrimizlə gəlirik

17 oktyabr 2022 0000

Orxan Mikayıl, AQUALİNK şirkətinin İcraçı direktoru

AQUALİNK şirkəti ölkəmizdə su təmizliyi və su hazırlanması sahəsində fəaliyyət göstərir. Şirkətimiz Avropanın fiziki və kimyəvi su təmizləmə sahəsində ixtisaslaşmış bir çox müəssisəsinin Azərbaycan nümayəndəliyini həyata keçirir. Hazırda AquaLink şirkəti Amerikanın, Avropanın və Türkiyənin bir çox şirkətlərinin məhsullarının Azərbaycan bazarında satışını və texniki xidmətlərini gerçəkləşdirir.

AQUALİNK şirkəti sərgidə su mühəndislik xidmətlərini, o cümlədən su təmizləmə sistmeləri, nasoslar və nasos stansiyalarını nümayiş etdirəcək. Şirkətimiz tərəfindən ən son layihələrimizin vizual nümayişi və video çarxları göstəriləcəkdir.

Şirkətimiz təmsilçisi olduğu NİTTO HYDRANAUTİCS şirkətinə məxsus yeni nəsil su təmizləyici membranların nümayişini və AO Smith korporasiyasına məxsus (villa tipli) evlər üçün hazırlanmış xüsusi təmizləmə qurğusunu nümayiş etdirəcəkdir.

Şirkətimiz su mühəndislik xidmətləri çərçivəsində Qarabağın inkişafı istiqamətli layihələrdə iştirak edir. Hazırki sərgidə bu layihələrlə bağlı (tamamlanmadığı üçün) hər hansı bir təqdimat nəzərdə tutulmamışdır. Lakin sərgi iştirakçılarına bu barədə eləcə də şirkətimizin xidmətləri, su sistemlərinin layihələndirilməsi, su təmizləmə sistemlərinin modelləşdirilməsi, dizaynı, istehsalı və istismarı, o cümlədən nasos stansiyaların qurulması barədə məlumatlar veriləcəkdir.

İxtisaslaşdırılmış sərgilər hədəf auditoriyalar üçün çox uyğundur. Belə sərgilərdə iştirakçılar və təklif ilə çıxış edən firmaların görüşləri uğurlu alınır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN