Sərginin xüsusi qonaqları

Sərginin xüsusi qonaqları

21 oktyabr 2021 0000

Xəbər verdiyimiz kimi, 1-ci "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı", 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "BakuBuild 2021" və 13-cü Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" Aquatherm Baku 2021 sərgisi fəaliyyətinə davam edir.

Bu gün Kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, KOBİA-nın idarə heyətinin sədri  Orxan Məmmədov, “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov Bakı Ekspo Mərkəzə gələrək sərginin ekspozisiyası ilə tanış olublar.

Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə "yaşıl enerji", "ağıllı kənd" layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN