Fərhad Musayev, Polymart MMC-nin direktoru
"Polymart" MMC 2015-ci ildə istehsal fəaliyyətinə başlamışdır. Bu gün "Polymart" MMC-nin tərkibində bir zavod (3000 m2), beş nümayəndəlik, Türkiyə, Gürcüstan və Ukraynada xarici ölkədə ofisi, bir neçə mağaza və baş ofisi fəaliyyət göstərir.
Zavodumuzda Almaniya, Avstriya və İtaliya istehsalı olan istehsal avadanlıqlar quraşdırılmışdır. Bu da yüksək keyfiyyətli, standartlara cavab verən, müxtəlif ölçülərdə və parametrlərdə, P-Plast markalı qaz, su və kanalizasiya borularının və boru birləşmələrin istehsal etməyə imkan verir. “Polymart” MMC yerli istehsala üstünlük verməsi ilə yanaşı, həmçinin bir sıra xarici ölkə istehsalçılarının (İsveçrə, Almaniya, İtaliya, Türkiyə və s.) Azərbyacanda rəsmi təmsilçiləridir. AquaTherm Baku 2019 sərgisində şirkətimiz su, qaz və kanalizasiya sistemlərinin qurulması üçün tələb olunan mal-materialları nümayiş etdirəcəkdir. Təklif etdiyimiz məhsullar qiymət və keyfiyyət baxımından digərlərindən fərqlənir.
"Aquatherm Baku 2019" sərgisində iştirak etməkdə əsas məqsədimiz məhsul çeşidlərimizi nümayiş etdirmək və yeni layihələrə qoşulmaq üçün ilkin tanışlıqdır. Stendimizdə əsas layihə institutlarının mütəxəssislərini, daxili və xarici şirkətlərin təchizatçılarını görmək istərdik.
Şirkətimizin inkişafında ixtisaslaşmış "Aquatherm Baku 2019" sərgisinin əsas rolu hər il olduğu kimi yeni əlaqələrin qurulmasıdır. Keçən ilki sərgidəki iştirakımızdan sonra şirkətimizin təqdim etdiyi məhsulların satışında artım, şirkətimizin daha da geniş bazara sahib olması əldə etdiyimiz uğurlarımızdandır.