20 oktyabr tarixində Bakı Ekspo Mərkəzində ənənəvi 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "BakuBuild 2021" və 13-cü Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" "Aquatherm Baku 2021" sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi başladı. Üç gün ərzində sərgiyə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.
Sərgilərin açılış mərasimində Azərbaycanın Respublikası iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, energetika nazirinin müavini Elnur Sultanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və “Caspian Event Organisers” (CEO) şirkətinin regional direktoru Edvard Stroon iştirak ediblər.
Xəzər İnşaat Həftəsinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycanın Respublikası iqtisadiyyat nazirinin müavini Elnur Əliyev qeyd edib ki: “Bu günüm ən vacib vəzifəsi Qarabağın bərpası və dirçəlişi, infrastrukturun yenidən qurulması, vətəndaşların bu bölgədə yaşaması üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasıdır. Bu məsələdə dövlət və özəl təşkilat və şirkətlərin birgə fəaliyyəti çox vacibdir. Region iqtisadiyyatının ölkənin vahid iqtisadi sisteminə inteqrasiyası, regional və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın inkişafında yeni bir mərhələdir. Bu formatda Qarabağın inkişafı ilə bağlı 1-ci sərgi və “İnşaat” sərgisinin keçirilməsi yerinə düşüb. Tikinti sektoru ölkənin bütün iqtisadiyyatının inkişafına güclü təkan verə bilər. Əminəm ki, sərgi və onun çərçivəsində aparılan danışıqların və bağlanan sazişlər Qarabağ bölgəsinin bərpası üçün vacib bir platforma olacaq” – deyə nazir müavini vurğulayıb.
Energetika nazirinin müavini Elnur Sultanov Qarabağ bölgəsinin enerji potensialının bərpası üzrə əsas strateji istiqamətlərdən danışıb. Bu layihələrin həyata keçirilməsinə yerli və xarici investorlar cəlb edilir. Məruzəçinin fikrincə, sərgi gələcəkdə Qarabağın bərpasında mühüm yer tuta biləcək əlaqələrin qurulması imkanı yarada bilən məkana çevriləcək.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov qeyd edib ki, təxminən otuz ildir Bakıda keçirilən “İnşaat” sərgisi regionun ən böyük tədbiridir və sənayenin aparıcı iştirakçılarını bir araya gətirir. Bu tədbirin 1-ci “Rebuild Karabakh” sərgisi ilə paralel keçirilməsi sənayenin ən vacib nailiyyətlərinin, müasir texnologiyaların, yanaşmaların və tikinti materiallarının nümayiş olunmasında peşəkar sərgilərin vacibliyini göstərir.
“Caspian Event Organisers” (CEO”) şirkətinin regional direktoru Edvard Stroon sərgi iştirakçılarını və qonaqlarını salamlayıb, Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində əldə olunan inamlı qələbə münasibəti ilə təbrik edib, hər üç layihənin çoxsaylı iştirakçılarına işlərində uğurlar arzulayıb.
Ənənəvi "BakuBuild" sərgisi pandemiya səbəbiylə bir illik fasilədən sonra daimi iştirakçılarını itirərək deyil, həm də yeni şirkətlər əlavə edərək fəaliyyətinə start verdi. İstehsalçılar, distribyutorlar, konsaltinq şirkətləri və inşaat sektorunda xidmət göstərən şirkətlər də daxil olmaqla Azərbaycan şirkətləri sərgi iştirakçılarının 40% -ni təşkil edir.
Tikinti sərgisinin vizit kartı milli pavilyonlardır və bu il Belarus, İran, Çexiya, BƏƏ, Türkiyədən 5 milli pavilyon, habelə Rusiya Federasiyasıdan 8 regional qrup, Bryansk, Lipetsk, Novosibirsk, Rostov, Yaroslavl, Stavropol, Tatarıstan, Çuvaşiya regional qrupları iştirak edir.
Sərgi geniş çeşiddə yenilikçi tikinti materiallarını təqdim edir, bunlara daxildir: dam örtüyü və izolyasiya, interyer, bitirmə materialları, dizayn, boyalar, laklar və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasadlar, qranit və mərmər, keramika, qapı və pəncərələr, işıqlandırma və elektrik məhsulları , tikinti texnikası və s.
Beləliklə, uzun illər təşkil olunan "BakuBuild" sərgisi müasir biznesin inkişaf meylləri ilə ayaqlaşaraq qısa müddətdə hədəf auditoriya ilə üz-üzə görüşlər keçirməyi və yerində və dərhal iş qurmağı mümkün edir.
Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" sərgisi 13 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, Spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və jakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və s.kimi sektorlar təqdim olunur.
Sərgilərin proqramına “Azərbaycanda yaradılmış biznes mühiti və investisiya imkanları”; “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı. Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, “Made in Karabakh” əmtəə nişanına dair təqdimatlar”, “Qarabağın enerji potensialı – azad olunmuş bölgələrdə “yaşıl energetika”nın inkişaf imkanları, regionun müharibə sonrası bərpası”; ““Rəqəmsal iqtisadiyyat” mövzusunda təqdimatlar. Dördüncü Sənaye İnqilabı üzrə Azərbaycanda yeniliklər” mövzularda təqdimatlat daxildir.
İştirakçılar arasında ilk dəfə olaraq, 21 və 22 oktyabr tarixlərində Türkiyə Kondisioner İstehsalçıları Birliyi, Bakı Ekspo Mərkəzində şirkətlər ilə maraqlı B2B görüşlər təşkil edəcək.
BakuBuild sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Dövlət Mənzil İnşaatı Agentliyi, Azərbaycan Memarlar İttifaqı, eləcə də həm "BakuBuild", həm də "Aquatherm Baku" sərgiləri KOBİA, Azpromo və ASK tərəfindən dəstəklənir.
Sərginin təşkilatçıları qismində Caspian Event Organisers və tərəfdaşlar Iteca Caspian, Caspian Event Management FZ-LLC, ICA Eurasia FZ-LLC və s. çıxış edir.