Məhsullarımız Qarabağ bölgəsində aktiv istifadə edilir

Məhsullarımız Qarabağ bölgəsində aktiv istifadə edilir

19 oktyabr 2022 0000

Vüqar İzzətli, Azertexnolayn MMC-nin İdarə Heyətinin Sədri

Azertexnolayn MMC-ti Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan şirkətdir.  2013-cü ildə istismara verilən şirkət  ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir.

Şirkətin 24 ha ərazisində 3 zavod və 2 istehsal sahəsi yerləşir - Polad boru zavodu, Çuqun tökmə zavodu, Polietilen məmulatları zavodu, Plastik injeksiya istehsal sahəsi və Metal hasar istehsal sahəsi.

Aquatherm Baku 2022 sərgisində məhsullarımızın və xidmətlərimizin əsası olan polad boruları, polietilen məmulatları, çuqun töküm məmulatları, metal hasarları və lobaratoriya xidmətlərimizi nümayiş edəcəyik. Həmçinin yenilik olaraq tikinti texnikaları üçün Respublikamızda ilk dəfə istehsal oluna bilinən ehtiyyat hissələrini sərgi ziyarətçilərinə təqdim olunacaq.

Qeyd edim ki, əsas istehsalımızda olan yerli sənaye infrastruktur məhsulları olduğu halda, demək olar bütün məhsullarimiz hazırda Qarabağ bölgəsində aparılan yenidənqurma və bərpa işlərində aktiv istifadə edilir.

İllərdir keçirilən Aquatherm Baku sərgisini yüksək qiymətləndiririk. Sərgidən biz bazarda mövqelərimizin möhkəmlənməsini, tikinti və kommersiya şirkətləri ilə yeni əlaqələrin qurulmasını, uzunmüddətli tərəfdaşlarla işgüzar görüşlərin keçirilməsini gözləyirik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN