Nemət Murtuzov, TÜRK DEMİRDÖKÜM FABRIKALARI A.S.-nin Xidmət Direktoru
ELTİ mühəndislik şirkəti 2006-cı ildən bəri istilik, soyutma və havalandırma sistemlərinin satışı ilə məşğul olur. Hal-hazırda biz “DEMİRDÖKÜM”, “Erensan”, “Wilo”, “Mit”, “Merado”, “Valliant” markalarını təmsil edirik.
“DEMİRDÖKÜM” şirkətinin məhsullarından minimal qaz təzyiqində maksimal istilik təmin edən ATRON kombi modeli ekspozisiyada təqdim olunur.
Həmçinin, həftəlik rejimli taymer proqramı ilə təchiz olunmuş “Nitron plus" modeli də mövcuddur. Titan metalından düzəldilmiş DT4 modelinin turbo rejimi ən sürətli isitməni təmin edir. Ümumiyyətlə, bütün məhsullarımız yüksək istilik effektli radiatorlara malikdir.
Biz həm isitmə, həm də soyutma üçün su nasosları da təklif edirik. Onlara günəş kollektorlarını, radiatorları qoşmaq olar. Onlar qazla işləyirlər.
Biz bu sərgidə artıq beşinci dəfədir ki, iştirak edirik. Biz bu tədbirdə iştirakımızdan faydalı nəticələr gözləyirik, çünki məhsullarımız kifayət qədər rəqabətə davamlıdır və layiq olduğu şöhrəti qazanmışdır. Əvvəlki sərgilərdə olduğu kimi, biz bu sahənin mütəxəssislərindən və sahibkarlardan ibarət olan ziyarətçilərin diqqətini cəlb edə bildik. Ümid edirik ki, bu dəfə də əlverişli əməkdaşlıq təklifləri alacağıq.