Willie Dyck, Grünbeck Wasseraufbereitung GmbH şirkətinin İxrac Əməliyyatları üzrə Meneceri
Almaniyanın Grünbeck Wasseraufbereitung GmbH şirkəti 1949-cu ildə yaradılmışdır və məhsullarının keyfiyyətinə görə təkcə Almaniyada deyil, bütün dünyada da yaxşı tanınır. Biz müxtəlif su filtrləri istehsal edirik, bunlar mexaniki təmizləyici filtrlər, su yumşaldıcıları və suyu dəmir birləşmələrindən təmizləyən əks osmos qurğulardır. Onlar həm artezian, həm də kran suyu üçün uyğundur.
Biz həmçinin elektrik stansiyaları, qazanxanalar, qida sənayesi üçün qurğular istehsal edirik. Grünbeck geniş çeşiddə məhsullar, o cümlədən üzgüçülük hovuzu üçün avadanlıqlar, filtrasiya sistemləri və özəl və ictimai üzgüçülük hovuzlarının tikintisi, istismara verilməsi və texniki xidməti üçün lazım olan bütün digər avadanlıqları təklif edir.
Şirkətimizi stenddə məlumatlandırıcı şəkildə təqdim edirik, məhsullarımızı tanıtmaq üçün Azərbaycanda Grünbeck şirkəti üçün tərəfdaşlar axtarırıq. Hal-hazırda bizdə bütün məişət cihazlarının, hovuz avadanlıqlarının hissələrinin kataloqları var.
Biz ikinci dəfədir ki, “Aquatherm Baku” sərgisində iştirak edirik. Keçən dəfə bizim stendimiz var idi. İndi biz birləşmiş Alman stendinin bir hissəsiyik. Biz öz yaxşı və keyfiyyətli məhsullarımıza marağın artacağına ümid edirik. Bu məhsulların istismar müddəti ən azı on il və ya daha çoxdur. Bütün məhsullar ilkin məsləhətlərin verilməsi, suyun analizi və tərkibinin yoxlanması şərti ilə satılır. Grünbeck yüksək keyfiyyətə zəmanət verir!