Elektrotexnika sənayesinin perspektivləri

Elektrotexnika sənayesinin perspektivləri

21 oktyabr 2021 0000

Behzod Aşurov, “Uzeltexsanoat” şirkətinin ixrac şöbəsinin baş mütəxəssisi

Bizim assosiasiya elektrotexnika mühəndisliyi sahəsində 100-dən çox istehsal müəssisəsini özündə birləşdirən, Özbəkistan Respublikası Elektrotexnika Sənayesi Nazirliyidir. Biz əsasən üç sahədə işləyirik: kabinə və naqil məhsulları, məişət texnikası (kondisionerlər, qaz sobaları, mətbəx avadanlıqları) və güc avadanlıqları. Bugünkü sərgidə stendimizdə 6 şirkət təmsil olunur (“Vitech”, “Akfa”, “Texnopark”, “ICG”, “Uz Cooper”, “Shivaki” şirkətləri). “Vitech” şirkəti qızdırıcı qazanlar və mətbəx üçün bacalar istehsal edir. “Akfa” şirkət istilik sistemləri istehsal edir. “Texnopark” şirkət mis məhsulları istehsal edir. “Leo” şirkət su nasosları istehsal edir. “Shivaki” şirkət kondisionerləri təqdim edir.

Sərgidən çox böyük gözləntilərimiz var. Dövlət strukturu kimi Azərbaycan və Özbəkistan arasındakı ticarət-iqtisadi münasibətlərimizi genişləndirmək, hökumət nümayəndələri, eləcə də  işgüzar dairələrin təmsilçiləri ilə görüşlər keçirmək niyyətindəyik.

Hesab edirəm ki, bu cür sərgilərin keçirilməsi bu sənayenin inkişafında çox vacib rol oynayır, çünki burada bir çox regionlar birləşir, müxtəlif görüşlər keçirilir, təcrübə mübadiləsi aparılır və çoxlu sayda insan iştirak edir. Nəticədə hər kəs sərgidən özü üçün ehtiyacı və vacib olanı alır. Sərgilər yeni əlaqələrin qurulmasına, əməkdaşlığın inkişafına və ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verir.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN