“Aquatherm Baku”-nun ikiqat faydası

“Aquatherm Baku”-nun ikiqat faydası

21 oktyabr 2022 0000

Cianluka Mandelli, International Drops şirkəti (İtaliya)

“International Drops” şirkəti qırx ilə yaxındır ki, su təmizləmə məhsullarının işlənib hazırlanması və istehsalı ilə məşğul olur. Əsas istehsal zavodu İtaliyanın Breşiya əyalətində, Lombardiya bölgəsində yerləşir.

Məhsullarımız lazımi Avropa sertifikatlarına malikdir. “International Drops” şirkəti tərəfindən istehsal olunan bütün filtrlər və ləvazimatlar etibarlılıq, təhlükəsizlik və yüksək istifadə səmərəliliyi baxımından sınaqdan keçirilir.

Bütün məhsullar istehsal müəssisələrinə qoyulan davamlı investisiyalar hesabına dəstəklənən ixtisaslı mühəndislər, dizaynerlər və texniki işçilər heyəti tərəfindən aparılan davamlı tədqiqatlar əsasında işlənib hazırlanır.

Şirkətin məhsul çeşidi kifayət qədər genişdir. Buraya sistemlər üçün filtrlər, içməli su təchizatı sistemlərində, eləcə də istilik sistemlərində suyun təmizlənməsi üçün nəzərdə tutulan filtrlər daxildir. Şirkət həmçinin öz filtrləri üçün hər növ içlik istehsal edir.

Biz Bakıdakı sərginin debütantları olaraq Azərbaycanda distributor və tərəfdaşların axtarışı məqsədilə bu layihədə iştirak edirik. Buna görə də buraya bütün məhsul çeşidlərimizi gətirdik. Bu sərgi ziyarətçilərin ekspozisiyamıza, xüsusən də istilik sistemi üçün filtrlərə olan marağını vurğuladı. Bir çox potensial müştərilər ilk dəfə olaraq “International Drops” markası ilə tanış oldular və müsbət rəylər bildirdilər.

Sərgi haqqında xoş təəssüratlarım var: biz bir çox iri şirkətin nümayəndələri ilə söhbət etdik. Beləliklə, müsbət nəticələr göz qabağındadır: “Aquatherm Baku” sərgisi əsnasında baş verənkütləvi ziyarətçi axını və geniş beynəlxalq əlaqələrin qurulması.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN