Yüksək keyfiyyətli nasosların təchizatı

Yüksək keyfiyyətli nasosların təchizatı

20 oktyabr 2016 0000

Nataliya Nesterova, “Unipump” şirkətinin təşviqat üzrə meneceri

– “Unipump” şirkəti yüksək keyfiyyətli nasosların təchizatını həyata keçirir və bu nasoslar əsasında müxtəlif konstruksiyalı idarəetmə bloklarına malik nasos stansiyaları tikilir. Biz müxtəlif səviyyəli su tələbatı zamanı su təchizatı şəbəkələrində optimal təzyiqi dəstəkləməyə imkan verən mikroprosessorlu nasos stansiyalarının istehsalına xüsusi diqqət yetiririk. Bununla yanaşı, avadanlıqlarımız qiymət baxımından geniş alıcı kütləsi üçün münasibdir.

Biz sərgidə özəl sektor üçün məişət nasosları və bu nasosları idarə edən avtomatik sistemi təqdim edirik. Bizim bütün məhsullarımız Vladimir vilayətində yerləşən müəssisəmizdə istehsal edilir. Məlum olduğu kimi Rusiyada idxalı əvəzetmə proqramı qəbul edilib. Qeyd edim ki, bizim avadanlıqların bütün komponentləri Rusiyada istehsal edilir.

Xarici analoqlarla müqayisədə, bizim məhsul ilk növbədə qiymət və keyfiyyət baxımından seçilir və sərgi ziyarətçilərini də məhz bu cəhət cəlb edir. Biz təşkilatçıların təklif etdikləri xidmətdən faydalanaraq dəvətnamələr göndərdik, bannerlər yerləşdirdik və indi nəticədən çox razıyıq. Sərginin ilk iş günləri fəal şəkildə keçir, yerli iri topdansatış şirkətləri bizim məhsullarla maraqlanır, ziyarətçilər isə bazarda keyfiyyətli Rusiya məhsullarının çatışmadığını bildirirlər.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN