Sərgi məkanı gözəl, insanlar səmimidir

Sərgi məkanı gözəl, insanlar səmimidir

21 oktyabr 2025 0000

Mustafa Çakır, Baş Direktor, Akım Yangın Güvenlik Sistemleri
Biz İstanbuldan Bakıya, Azərbaycanda gəzmək və sərgini izləmək üçün gəlmişik. Sərgiyə ilk dəfədir gəlirik. Biz havalandırma, kondisionerləşdirmə və istilik sistemləri istehsal edən şirkətlərlə çox işləyirik və bu sərgiyə marağımız da elə bununla bağlıdır. Tanışlarımızın “Fresh Air” adlı bir firması var, bu sərgidə stend ilə iştirak edirlər. Eyni zamanda onları da görməyə gəldik.
Nəticədə, sərgini tam gəzdik və öz iş sahəmizə uyğun mal və materiallarla maraqlandıq. Bizim şirkət yanğın materialları satır – yanğınsöndürənlər, yanğın dolabları, sprinklerlər və s.
Sərginin məkanı gözəldir, gözəl stendlər çoxdur və biz bəyəndik. Lakin bizim üçün bir az daha mexaniki avadanlıqlar lazım olduğundan, sərgilənən mallar iş sahəmiz baxımından xüsusi diqqətimizi çəkmədi. Burada daha çox inşaat yönümlü mallar var. Biz də inşaatla bağlıyıq, amma inşaatın mexanik hissəsi ilə.
Mən Bakını sevirəm. Çox gözəl və təmiz bir şəhərdir, insanlar isə səmimidir.

 

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN