Xəzər İnşaat Həftəsi: beynəlxalq miqyaslı forumların effekti!

Xəzər İnşaat Həftəsi: beynəlxalq miqyaslı forumların effekti!

22 oktyabr 2021 0000

Pandemiya səbəbi ilə bir illik fasilədən sonra keçirilən, eləcə də inşaat və memarlıq, dizayn və təmir sahəsində bütün regionun ən vacib peşəkar tədbirinə çevrilmiş Xəzər İnşaat Həftəsi oktyabr ayının 22-də Bakı Ekspo Mərkəzində öz işini yekunlaşdırıb.

Forum 26-cı Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild 2021”) və 13-cü Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük hovuzu” (“Aquatherm Baku 2021”)  sərgilərini birləşdirib. Bu tədbirlərlə paralel şəkildə 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Karabakh 2021”) sərgisi keçirilib.

Dünyanın on yeddi ölkəsini təmsil edən üç yüzə yaxın şirkətin öz ekspozisiyalarını nümayiş etdirdiyi Xəzər İnşaat Həftəsinin iştirakçılarının təmsil olunması beynəlxalq səviyyəli tədbirlərin aktuallığını və əhəmiyyətini göstərir.

Zəngin tikinti materialları, döşəmə, keramika, üzlük daşlar, mərmər, lak-boya məhsulları, dam örtükləri, qapılar, pəncərələr və bir sıra digər məhsullar “BakuBuild 2021” sərgisinin ziyarətçilərinə təqdim edilib.

Müxtəlif ölkələrin milli pavilyonları tikinti sərgisinin vizit vərəqəsinə çevrilib. Bu il sərgidə Belarus, Çexiya, Macarıstan, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən 5 milli pavilyon, eləcə də Rusiya Federasiyasının Bryansk, Lipetsk, Novosibirsk, Rostov, Yaroslavl, Stavropol şəhərlərini və Tatarıstan, Çuvaşiya respublikalarını təmsil edən 8 regional qrup iştirak edib. 

Şəhərsalma üzrə beynəlxalq mütəxəssislər sərgidən “Made in Azerbaijan” brendi altında məhsullarını istehsal edilmiş məhsulları nümayiş etdirmək üçün istifadə edən yerli şirkətlərin effektivliyini  yüksək qiymətləndiriblər.

Xəzər İnşaat Həftəsinin işgüzar proqramına bir sıra ixtisaslaşdırılmış seminarlar, peşəkar görüşlər və müzakirələr, yeni texnologiyaların və inşaat bacarıqlarının təqdimatı daxil olub. 20 - 21 oktyabr tarixində, “BakuBuild” və “Aquathern Baku” sərgiləri çərçivəsində xarici və yerli istehsalçı və distribyutorların iştirakı ilə ənənəvi “B2B” formatlı görüşləri keçirilib.

Sərgi təşkilatçılarının yüksək peşəkarlığı təkcə Xəzər İnşaat Həftəsinin çoxsaylı iştirakçıları tərəfindən deyil, həm də orijinal təklif və yeniliklər, xüsusi məlumatlar axtarmaq və ya işgüzar görüşlər və məsləhətləşmələr üçün buraya gəlmiş minlərlə ziyarətçi tərəfindən müsbət qiymətləndirilib.

Üç ixtisaslaşdırılmış sərginin bir platformada birləşməsi milli məhsulu tanıtmaq üçün inandırıcı faktora çevrildi, bir çox şirkətin inkişafına və sabitliyinə kömək etdi. Xarici investorların bölgəyə cəlb edilməsində Qarabağın dirçəlişinin əhəmiyyətini vurğulayan VİP qonaqlar arasındakı tanınmış yerli mütəxəssislər bunu qeyd ediblər.

Beləliklə, çoxillik tarixə malik olan “BakuBuild” sərgisi müasir biznesin inkişaf ənənələrini davam etdirərək qısa müddətdə hədəf auditoriya ilə üz-üzə görüşlər keçirmək və yerində və dərhal bir biznes qurmaq imkanı yaradıb.

Beynəlxalq “Aquatherm Baku 2021” sərgisi, istilik, havalandırma, kondisionerləşdirmə (HVAC), üzgüçülük hovuzları, saunalar və SPA üçün avadanlıqlar sahəsində bir daha regionun aparıcı peşəkar sərgisi kimi öz mövqeyini qoruyub saxladı.

Oflayn tədbirlərin təhlükəsiz keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) sosial məsafə, maska ​​rejimi və antiseptik və dezinfeksiyaedici vasitələrdən istifadə, temperaturun ölçülməsi, binaların müntəzəm dezinfeksiya edilməsi barədə tövsiyələrinə əsaslanıb.

Sərgilərin təşkilatçıları qismində “Caspian Event Organisers” şirkəti onun tərəfdaşları olan “Iteca Caspian”, “Caspian Event Management FZ-LLC”, “ICA Eurasia FZ-LLC” və b. şirkətlər çıxış edib.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN