Murad Əliyev
Mən bu sərgini çoxdan ziyarət etmək istəyirdim və indi əmin oldum ki, tədbir yüksək səviyyədə təşkil edilib. Stendin düzgün dizaynı və kreativlik baxımından, “GIG” şirkətinin stendi mənim xoşuma gəldi. Bir sıra maraqlı yeniliklər təklif edən distributor şirkətlərinin iştirakını da bəyəndim. Xeyli sayda yerli şirkətin iştirakı məndə xoş təəssürat yaratdı. Onların daxili bazarda mövcud olması rahat və faydalıdır, belə ki, yerli istehsalçılar ilə əlaqə qurmaq və ölkəni tərk etmədən onların xidmətlərindən istifadə etmək daha asandır. Bu baxımdan, sərgilərin keçirilməsi çox vacibdir –ilk növbədə, sərgilər informativ xarakter daşıyır. Burada nə qədər çox şirkət iştirak edərsə, rəqabət də bir o qədər yüksək olar. Rəqabət qabiliyyətli şirkətlər isə bazarda aparıcı mövqe tutmaq üçün daim yeni məhsul və xidmətlər təklif edir. Bu isə həmin sahənin inkişafı və ümumilikdə, ölkəmizdə iqtisadiyyatın möhkəmlənməsi ilə nəticələnir.