Türkiyə İxracatçılar Birliyi “Aquatherm Baku” sərgisində

Türkiyə İxracatçılar Birliyi “Aquatherm Baku” sərgisində

20 oktyabr 2022 0000

Levent Aydın, TÜRKİYƏ HVAC-R İXRACATÇILAR BİRLİYİNİN (ISIB) –İdarə Heyətinin üzvü

HVAC&R sahəsində Türkiyə İxracatçılar Birliyinin (ISIB) əsası 13 il əvvəl Türkiyədə qoyulmuşdur. Hazırda bizim 2500 üzvümüz var və Türkiyə Respublikasının dövlət qurumuyuq. Çeşidimizə istilik, drenaj, ventilyasiya, quraşdırma və izolyasiya sektorları daxildir. Azərbaycan bizim üçün ən önəmli bazarlardan biridir, mənim şirkətim uzun illərdir ki, burada işləyir.

Hazırda təşkilatımızda sərgiyə gəlmiş 13 türk şirkəti var. Lakin növbəti illərdə biz bütün dünyada fəaliyyətimizi genişləndirərək bu rəqəmi artırmağı planlaşdırırıq. Türkiyə bizim sektorumuzda dünyanın istehsal bazalarından biridir. Məsələn, Amerikanın “Carrier”, Almaniyanın “Bosch” şirkətlərinin Türkiyədə sənaye müəssisələri var.

Hesab edirəm ki, sərgilər ikitərəfli münasibətlərin inkişafı üçün ən mühüm vasitədir. Hazırda, xüsusən də pandemiya dövründən sonra dünyada reklam və marketinq sahəsində çoxlu müxtəlif kanallar mövcuddur. Biz biznes əlaqələrinin rəqəmsallaşdırılmasının, rəqəmsal marketinqin və rəqəmsal intellektin nə qədər vacib olduğunun şahidi olduq. Pandemiya dövründə demək olar ki, bütün şirkətlərimiz evdən işləyirdi. Lakin qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından sərgilər mühüm vasitəçilik missiyasını yerinə yetirir. Artıq ikinci ildir ki, Türkiyə İxracatçılar Birliyi ilə birlikdə Bakıya gəlirik. Düşünürəm ki, gələcəkdə də bu tədbirdə iştirak edəcəyik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN