Tam yeni nəsil avadanlıqları təqdim edəcəyik

Tam yeni nəsil avadanlıqları təqdim edəcəyik

17 oktyabr 2022 0000

Elvin Əhmədov, AES TRADING şirkətinin Direktoru

Şirkətimiz uzun illərdir istilik sistemlərinə xidmət göstərir.

İstənilən tipli qazanlar,su qızdırıcıları, boylerlər, genişlənmə çənləri, qaz, dizel odluqları, radiatorlar və s. istilik sisteminə aid olan məhsulların satışı və təmiri xidmətini görürük.  İstilik sistemləri üçün ehtiyat hissələrini həm topdan, həm də pərakəndə olaraq satırıq. İstilik qazanlarını Türkiyə, Rusiya, Almaniya və s. kimi ölkələrə satırıq.

Aquatherm Baku sərgisində dünyanın və Avropanın tanınmış şirkətlərinin (İtaltherm, Unikal, Biasi,Alpenhoff, Sime, Royal Thermo, Prado) Istilik sistemlerini, divar tipli yogushmali qazanlarını, kombilerə,radiatorları, isti pol ve santexnika borularinı, su vintellerini nümayış edəcəyik.

Bunlardan bir neçəsi tam yeni nəsil avadanlıqlardır - Istilik sistemlerin yeni genayetli cihazlari, su ahma cihazlarin detektorlari, yeni gaz odluglari və s.

Son illər Qarabag regionunun bərpası önəmli bir məsələ olduğu üçün, bizim şirkət də bu işlərdə öz təkliflərini verərək ağıllı kənd ərazilərinə qənayətli və elektron idarəetme cihazlari layihələrini təqdim edir.

Aquatherm Baku sərgisi Azərbaycanın inşaat sektorunda müxtəlif yerli və xarici şirkətlərlə tanışlıq, fikir mübadiləsi aparılması və əməkdaşlıq üçün ən əlverişli platformadır. Sərgidə bu sahənin peşəkarları ilə görüşləri gözləyirik və bu görüşlərdən şırkətimiz üçün müsbət nəticələri əldə etməyə çalışacayıq.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN