Vyaçeslav Litçan, “Öz-Kan Makina” şirkətinin satış üzrə regional meneceri
– Bizim şirkət Bakıda keçirilən sərgidə debüt edir. Şirkətin Bakıda artıq tərəfdaşı var – “BVS Vana” şirkəti və buna görə də bizim ilk tapşırığımız öz tərəfdaşımıza Azərbaycan bazarında uğurlu fəaliyyət qurmaqda kömək etməkdir. Biz öz stendimizdə ziyarətçiləri “Öz-Kan Makina” şirkətinin təklifləri ilə tanış edir, məhsul nümunələrini nümayiş etdirir və zəruri məsləhətlər veririk.
Şirkətin əsas məhsulları arasında nəhəng su magistralları üçün nəzərdə tutulmuş sağtərəfli qoşa ekssentrik siyirtmə. Bu birləşdirici element suyun ötürülməsini təmin edir və ya dayandırır; bağlayıcı klapan; şəhərin su şəbəkələrində istifadə üçün nəzərdə tutulmuş siyirtmələr; demontaj keçirtmələri, birləşdirici elementlər və başqa məhsullar yer alır.
İlk növbədə, tikinti sahəsinə görə cavabdeh olan dövlət təşkilatlarının, nasos stansiyalarının tətbiqi, əhalinin sıx məskunlaşdığı ərazilərdə magistral su kəmərlərinin çəkilməsi və kanalizasiya sistemlərinin, duzsuzlaşdırma sistemlərinin quraşdırılması sahəsində ixtisaslaşmış dürüst inşaat şirkətlərinin və başqa şirkətlərin nümayəndələrini stendimizə dəvət edirik.
Sərginin birinci günü bizim stendə xeyli sayda maraqlanan ziyarətçi baş çəkib ki, bu da sərgidə iştirakın uğurlu nəticələrinə istinad etmək hüququ verir.