Aytəkin Murtuzova, “Demir Dokum” şirkətinin layihə rəhbəri
Şirkətimiz uzun illərdir ki, bazarda liderdir. Biz beynəlxalq keyfiyyət standartlarına uyğun işləyirik. 2008-ci ildən etibarən rəsmi olaraq “Demir Dokum” markasını Azərbaycan bazarında təqdim edirik.
Biz hər il inşaat sərgisində məmnuniyyətlə iştirak edirik. Bu, qonaqlara şirkət haqqında daha çox məlumat vermək və geniş çeşidli məhsullarımız haqqında danışmaq imkanı verir. Bugünkü iştirakın əsas məqsədi Qarabağın bərpasına kömək etməkdir. Bu layihə üzrə eksklüziv məhsulları təqdim edirik. Məsələn: “Maxicondense” kombiləri, “Şofben” su qızdırıcıları, “Panel Plus” radiatorları. Bu və digər məhsullardan Şuşa şəhərinin bərpasında istifadə ediləcək.
Hər məhsulun kataloqundan bütün məlumatları əldə etmək olar. Həmçinin, bu gün qonaqlara xüsusi endirim kuponları və pulsuz sığorta kuponları təqdim olunacaq.
Bu gün Qarabağ layihəsində iştirak edən digər şirkətlərlə görüşlərimiz olacaq. Birgə işlərin icrasını planlaşdırırıq. Sərginin bu qədər geniş olacağını düşünmürdüm. İlk saatlardan etibarən canlı atmosfer və qonaq axını var. Təşkilatçılıq səviyyəsi də bizi sevindirir. Stendlər, fon musiqisi və qeydiyyat prosesi yaxşı düşünülüb.