Sərgilər iqtisadiyyata müsbət təsir edir

Sərgilər iqtisadiyyata müsbət təsir edir

22 oktyabr 2021 0000

İrina Boqatova, "AKRILAN" MMC-nin meneceri (Rusiya)

Mən sulu dispersiya istehsal edən şirkətin işçisiyəm. Bu bizim Bakıya ilk səfərimizdir. İşgüzar əlaqələr qurmaq üçün lak-boya istehsalçılarını tapmaq tapşırığı ilə buraya gəlmişik. Əvvəlcədən planlaşdırılmış vacib görüşümüz səmərəli oldu. Biz burada həm də bizi maraqlandıran digər stendlərin ekspozisiyaları ilə tanış olduq.

“Aquatherm Baku” sərgisini həm effektli tədbir, həm də yeni işgüzar əlaqələr, müştərilər, əməkdaşlıq etməyin mümkün olduğu şirkətlərin axtarışını təmin edən bir marketinq vasitəsi kimi bəyəndim. Bir çox ölkələrdə oluruq və sərgilərin iqtisadiyyata və beynəlxalq əlaqələrin inkişafına müsbət təsir etdiyini bilirik. Əsasən ona görə ki, bu tədbirlər zəngin məlumat mübadilə mənbələridir.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN