Sərgidə iştirakımızla göstəririk ki, buradayıq, sahədəyik

Sərgidə iştirakımızla göstəririk ki, buradayıq, sahədəyik

21 oktyabr 2024 0000

Cavid Əkbərov
Direktor müavini
BestTeknik MMC və Anadolu Kafkas İnşaat Makina Sanayi ve Ticaret A.Ş., Türkiyə
Bizim həm Türkiyədə, həm də Azərbaycanda fəaliyyətimiz var. Türkiyədə Anadolu Kafkas A.Ş., Azərbaycanda  - BestTeknik MMC kimi fəaliyyət göstərir. Biz əsasən sənaye tipli, təzyiq altında olan tutumları istehsal edirik. Bura daxildir müxtəlif gücdə olan isti su, buxar, qızğın yağ, su qazanları, boylerlər, akkumulyasiya çənləri, istilik mübadiləedicilər, yəni bizim istehsal etdiyimiz aqreqatlar müəssisələrin güc mənbələridir. Müasir məssisələri qida sektorundan tutmuş ağır maşınqayırma sənayesinə kimi, neft-kimya sənayesinə kimi bu qazanlarsız, boylerlərsiz təsəvvür etmək mümkün deyil.
Biz yeni bir istehsalat sahəsini də açacağıq – genləşmə çənlərinin istehsalatını. Türkiyədən istehsal vasitələrimiz, dəzgahlar, aparatlar gəlmişdir və ilin sonuna kimi sexlərin tikintisini başa çatdıracağıq və gələn ildən tirajlı istehsalatı başlamağı planlayırıq. Həmin yeni müəssisə haqqında məlumatı da sərgi ziyarətçilərinə veririk. 
2008-ci ildən biz davamlı olaraq AquaTherm Bakı sərgisinin iştirakçısıyıq. Hər il bu sərgidə iştirakımızın səbəbi odur ki, biz yeni partnyorlar, iş münasibətləri burada tapırıq, iş görüşmələri keçiririk, işləyirik və inanıram ki, bundan sonra da bu siyasətimizi davam etdirəcəyik. Son iki ilin sərgisinin ən çəkici tərəfi odur ki, burada daha çox bu sektora yaxın olan insanlar iştirak edir, sıradan olan insanlar gəlmir, bu sahəyə aid olan, inşaat sektoruna aid olan, mexanik işlərə aid olan, isitmə-soyutma sistemlərinə, havalandırma sistemlərinə aid olan ziyarətçilər daha çoxdur, daha çox tematik suallar verirlər və bu da təqdiredici haldır. Əlbəttə, sərgilərin həm maddi, həm mənəvi faydası var. Biz göstəririk ki, buradayıq, sahədəyik.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN