Sərgi təşkilatçılarına təşəkkür edirəm!
21 oktyabr 2024
0000
Əhmədağa Qazıyev, fərdi sahibkar
- Mən fərdi sahibkarlıqla məşğulam. İstilik cihazlarının və istilik sistemlərinin quraşdırılması ilə məşğulam. Hər il Aquatherm sərgisinə qatılıram. Bu, inkişaf etmək, peşəkar səviyyəmi artırmaq, ən son texnologiyalar, avadanlıqlar və materiallarla tanış olmaq istəyimlə bağlıdır. Qeyd etmək istəyirəm ki, sərgi hər zaman gözləntiləri doğruldur. Sərgidən çıxanda, demək olar ki, yeni biliklər və əlaqələr əldə etmiş olursan.
Sərgidə həmişə öz işimdə istifadə etdiyim şirkətlərlə görüşürəm. Bu, yerli və xarici avadanlıq istehsalçıları və təchizatçılarındır – alman, türk, rus və s. Onlar ənənəvi olaraq yenilikləri təqdim edirlər və biz, ziyarətçilər, onları sərgi çərçivəsində maraqla öyrənirik. Və əlbəttə ki, Aquatherm sərgisində hər zaman yeni şirkətlər öz maraqlı ideyaları ilə iştirak edirlər.
Təşkilatçılara təşəkkür edirəm. Siz çox əhəmiyyətli və dəyərli iş görürsünüz!