Sərgi çoxillik təcrübəmizi daha da zənginləşdirdi

Sərgi çoxillik təcrübəmizi daha da zənginləşdirdi

25 oktyabr 2019 0000

Mehrab Bağırov, Bakı Metro Layihə İnstitutunun mühəndisi

- Məni “Aquatherm” sərgisinə həm şəxsi, həm də peşə marağı gətirib. Layihə institutunun əməkdaşı və sənaye ilə birbaşa əlaqəsi olan insan kimi, məni və burada olan həmkarlarımı ilk növbədə tikinti materialları və müxtəlif növ avadanlıqlar (havalandırma, istilik, kondisioner və su təchizatı sistemləri və s.) maraqlandırırdı.

Əminliklə deyə bilərəm ki, bu sərgi çoxillik təcrübəmizi daha da zənginləşdirdi. Əvvəla, biz burada bir çox maraqlı informasiya əldə etdik. Məsələn, bir sıra innovativ material və sistemlər ilə məhz burada tanış olduq. Tərəqqi daim baş verən prosesdir  və hər il sərgini ziyarət etməyimizə baxmayaraq, bu il yeni və daha müasir avadanlıq və sistemlər ilə tanış olduq. Şəxsi marağıma gəlincə isə mən öz evim üçün “Artel” markalı istilik texnikası ilə maraqlandım.

Ümumiyyətlə, sərgi çox xoş təəssürat yaratdı və düşünürəm ki, belə sərgilərin keçirilməsi zəruridir və tərəqqi istiqamətində irəliləməyimizə öz töhfəsini verir.

 


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN