Mahir Rəhimxanov, "MIDEA GAIA" şirkətinin satış meneceri
Şirkətimiz Qafqazda sənaye, yarım sənaye və məişət istifadəsi üçün nəzərdə tutulmuş istilik/soyutma sistemlərinin satışı ilə məşğuldur.
"İstilik, havalandırma, kondisioner, su təchizatı, santexnika və hovuzlar" - Aquatherm Baku beynəlxalq sərgisində ilk dəfədir ki, iştirak edirik. Fikrimizcə, bu layihədə iştirak Azərbaycan bazarının, xüsusilə yerli mühəndislərin keyfiyyətli məhsullarla təmin olunması kimi mühüm problemin həllinə kömək edir. Bundan başqa, biz beynəlxalq standartlara cavab verən servis xidmətlərini tətbiq etməyi planlaşdırırıq. Hər hansı məhsuldan istifadə etdikdə müştəri problemlə üzləşərsə, o zaman ixtisaslı yardım üçün müraciət edə bilər.
Bu arada, "MIDEA GAIA" məhsullarını satan bəzi dilerlərlə əməkdaşlıq edir. Onların sayını artırmağı planlaşdırırıq. Ümid edirik ki, sərgi bu baxımdan səmərəli olacaq.