Andrey Laşenov, Rusiyanın “CRAFT Ferrum” şirkətində Satış şöbəsinin rəhbəri
Avropanın nəhəng profil müəssisələrindən biri kimi, bizim şirkət yüksək keyfiyyətli (paslanmayan) poladdan hazırlanmış qaz-çıxış borularının (bacaların) və qazanxanaların istehsalı sahəsində ixtisaslaşıb. “Aquatherm Baku” sərgisində debütümüz Rusiyanın “Universal” zavodunun “Craft” əmtəə nişanının təqdimatı ilə bağlıdır. Ümidvarıq ki, bu əmtəə nişanı istənilən tələbkar müştərilərin marağına səbəb olacaq. Sərginin gedişində çoxsaylı danışıqların aparılmasını planlaşdırmışıq.
“Craft” markalı bacalar həm fərdi istifadələrdə, həm də böyük istilik sistemləri və nəhəng istehsalat qazanxanalarında öz tətbiqini tapır. Biz daha əvvəl Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) tenderində qalib olmuşuq və MIDA tərəfindən inşa edilən sosial evlərdə baca sistemlərini həyata keçirmişik. Həmin vaxt biz anladıq ki, ölkədə bizim məhsullara tələbat var.
Həmçinin biz sərgidə (gücü 5 meqavata qədər olan) sənaye təyinatlı qazanxanaları təqdim edirik. Biz dünyada qazanxana avadanlıqlarının aparıcı istehsalçıları ilə əməkdaşlıq edirik və bu yaxınlarda Avropa sertifikatına layiq görülmüşük. Hələlik Azərbaycanda bizim məhsullar distribyutorlar vasitəsi ilə əlçatandır.
Məhsullarımız Avropa analoqlarından bir dəfə yarım ucuzdur, keyfiyyət baxımından isə onlardan heç də geri qalmır. Düşünürük ki, şirkətin təklifləri Azərbaycandakı inşaatçılarda maraq doğuracaq.