Liu Jibao, “Jiangsu Wangao New Energy Technology Development Co., LTD” şirkətinin xarici ticarət departamentinin meneceri
– “Wangao” (Çin) şirkəti Almaniyanın “DEM” texnologiya şirkəti ilə əməkdaşlıq edir və qaz qazanları və su isidicilərinin hazırlanması üçün bir növ baza funksiyasını yerinə yetirir. Bizim şirkət Azərbaycanda keçirilən sərgidə artıq beşinci dəfə iştirak edir. Biz məhsul portfelimizi daim müasirləşdirir, məhsulları sınaqdan keçirir və ən müasir avadanlıqlardan istifadə edirik. Bizim şirkətdə ixtisaslaşmış yerli və xarici mütəxəssislər, eləcə də peşəkar mühəndis-texniki işçilər çalışır. Şirkətin illik istehsal planı 200 min məhsul vahidi təşkil edir. Biz öz məhsullarımızı həm yerli, həm də xarici bazarlarda satırıq. Axıcı qazla işləyən su isidicilərinin istehsalında yeni alman texnologiyasından istifadə edirik, əsas ehtiyat hissələr isə Almaniya, İtaliya və Danimarkadan idxal edilir.
Şirkət tərəfindən istehsal olunan qaz qazanları və su isidiciləri qənaətcil, stabil və səmərəli olması ilə fərqlənir. “Wangao” şirkəti qaz qazanları ilə yanaşı, qaz ilə işləyən su isidiciləri və elektrik isidicilərinin də istehsalını həyata keçirir. Biz ətraf mühitin, iqtisadiyyatın inkişafının və insanların həyat şəraitinin yaxşılaşdırılmasının qayğısına qalırıq.
Sərgidə iştirak etməkdə məqsədimiz öz müştəri bazamızı genişləndirməkdir. Azərbaycan bazarı böyük və perspektivlidir, artıq burada şirkətin bir sıra müştəriləri var və onların sayını artırmağa çalışırıq.