Şakibə Kaveh, “Polymer Golpayegan” (PG) şirkətinin ixrac üzrə meneceri
- 1981-ci ildə İranda təsis edilmiş “Polymer Golpayegan” (PG) şirkəti ölkədə plastik boru və fittinqlərin aparıcı istehsalçılarından biridir. Şirkət zavodda yüksək keyfiyyətli “PVC-U” borularının, “SWF” (“Soil, Waste and Vent” - Torpaq, Tullantı və Havalandırma) boru və fittinqlərin geniş çeşidini tanınmış “PG” ticarət markası altında istehsal edir. “PVC-U” məhsul çeşidlərinə yeraltı və yerüstü kanalizasiya və drenaj sistemləri üçün boru və fittinqlər, su kəməri, kabellərin çəkilməsi üçün büzməli şlanqlar, yağış sularının kənarlaşdırılması üçün borular və digər məhsullar daxildir. Bizim məhsullar Avropa, Mərkəzi Asiya, Afrika və Yaxın Şərq ölkələrinə ixrac olunur.
Biz sərgidə Azərbaycanının inşaat bazarına daxil olmaq, məhsul təchizatını həyata keçirmək məqsədi ilə iştirak edirik. Azərbaycanda inşaat materiallarının distribyutorları, eləcə də öz məhsul çeşidlərini artırmaq istəyən istehsalçılar ilə görüşlər keçirmək istərdik.
Sərgi keyfiyyətlə təşkil edilib, Ekspo Mərkəzin yeri rahatdır – hava limanına və şəhərə yaxındır. Bir məsələni qeyd etmək istəyirəm ki, sərgi iştirakçıları arasında MDB və Asiya ölkələrinin şirkətləri burada təmsil olunub. Və bu Asiya və Yaxın Şərq ölkələrinin öz məhsullarını Azərbaycana təklif etmək baxımından böyük potensiala malik olduğunu bir daha göstərir.