Joys Fenq, “Midea Kitchen & Water Heater Appliance” şirkətinin MDB ölkələrində satış üzrə meneceri
- Çinin “Midea” texnologiya konserninin bu bölməsi mətbəx üçün su isidiciləri və qazla işləyən qazanların istehsalı və satışı sahəsində ixtisaslaşıb. Bu məhsullara qazdan istifadəyə yönəlmiş ev, kommunal sistem üçün ən populyar mallar daxildir. Azərbaycanda bütün yaşayış evləri qazla təmin edilib və düşünürəm ki, alıcılar bizim qazla işləyən məişət üçün su isidicilərinə maraq göstərəcək. Şirkətin məhsulları az və orta gəlirli müştərilər üçün nəzərdə tutulub, yəni biz bazarın bu seqmentinin ehtiyaclarını qarşılamağa hazırıq. Düşünürəm ki, sərgi platformasında Avropanın daha bahalı məhsullarını almaq imkanı olmayan insanlar üçün nəzərdə tutulmuş öz məhsullarımız üçün yer tapa bilərik.
Şirkət müxtəlif növ məişət texnikaları istehsal edir, daim təkmilləşir və biz mallarımızın yüksək keyfiyyətinə zəmanət veririk. Hər il “Midea” şirkətinin məhsulları “”Reddot”, “iF” və “Good Design Award” kimi nüfuzlu beynəlxalq mükafatlara layiq görülür. Şirkətin beynəlxalq “Aquatherm Baku” sərgisində iştirakı yeni bazarlara maraqla bağlıdır. Azərbaycanın uğurlu inkişafını müşahidə edirik və yerli ticarət şəbəkələri ilə əlaqə qurmağa ümid edirik. Sərgidə iş uğura inamımızı artırır.