Müasir mənzilin komfortu nədən başlanır

Müasir mənzilin komfortu nədən başlanır

25 oktyabr 2019 0000

Ayaz Nəzərov, icraçı direktor, TurnEast Construction

Mütəmadi olaraq “Aquatherm Baku” sərgisinə baş çəkərək onun inkişafı fonunda belə bir nəticəyə gəlirəm ki, bu forum hidrotexniki sahənin inkişafını beynəlxalq miqyasda uğurla əks etdirir. İnşaat sənayesinin peşəkarları burada xarici innovasiyaları təhlil etməklə yanaşı, müasir mənzilin modernləşdirilməsi barədə dialoqlarda iştirak edir, hidroinşaatçın yeni konstruktiv prinsipini axtarırlar. Ən əsası isə budur ki, təqdim edilən ekspozisiyalar böyük şəhərdə rahat yaşayış formaları ilə bağlıdır.

Mənin memar və inşaatçı dostlarım burada XXI əsrin ən müasir mənzil konsepsiyalarını müqayisə etmək imkanı əldə edirlər. Ev kommunikasiyadan başlayır, buna görə də o, əlbəttə, istənilən cəhətdən rahat və etibarlı olmalıdır. Ümumiyyətlə, kondisionerləşdirmə sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, ətraf mühitin texnoloji mühafizəsi və günəş enerjisini toplayan məhsullar fonunda bu sərgini çox bəyəndim.

Ümidvaram ki, tədbir gələcəkdə daha rəngarəng olacaq, yeni inkişaf impulsu qazanacaq və biz burada yeni sənaye istehsalçıları və bazarın aparıcı iştirakçıları ilə ünsiyyət qura biləcəyik. 


Rəsmi mehmanxana

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN