Fuad Binaxtarı, “Euroclima” MMC-nin nümayəndəsi
Bizim şirkət “Aquatherm Baku” sərgisində müntəzəm iştirak edir və hər il öz yeni məhsullarını təklif edir. Bu il isə biz Sumqayıt Kimya Sənaye Parkının ərazisində istehsal edilən “EC-P” və “AİB” məhsullarını (fibro-borular, kanalizasiya boruları və su ötürmək üçün nəzərdə tutulmuş borular) təqdim edirik.
Xarici brendlərdən məhsulları Azərbaycan bazarında yaxşı tanınan İtaliyanın “Immergas” şirkətinin müxtəlif modifikasiyalı qazanlarını nümayiş etdiririk. Bu qazanlar hətta minimal qaz təzyiqində də işləyir və müxtəlif müştəri kateqoriyaları arasında bu məhsula böyük ehtiyac var. “Euroclima” şirkətinin bazasında belə qazanlar üçün bütün ləvazimatlar da mövcuddur.
“Immergas” şirkətinin qaza qənaət etməyə və il ərzində öz maya dəyərini çıxartmağa imkan verən, böyük məkanlar üçün maraqlı (kaskad strukturlu) divarüstü qazanları təklif edilir.
Həmçinin Cənubi Koreyanın “Navien” şirkətinin məhsullarını – daxili məsafədən idarəetmə sistemi və turtboüfürücü ventilyatorla təchiz edilmiş qazanları təklif edirik. Gələn il “Navien” şirkətinin “Wi-Fi” əlaqəsi vasitəsi ilə idarəetmə kimi əlavə xüsusiyyətləri olan yeni qazan növlərini sərgidə təqdim edəcəyik.
Cənubi Koreya şirkətinin məhsulları qiymət baxımından tam məqbuldur və yaxşı satılır.
“Euroclima” MMC məhsul üçün bütün ləvazimatları operativ şəkildə əldə etmək məqsədi ilə “Navien-Rus” şirkəti ilə saziş imzalayıb. Biz bu sərginin gedişində yerli inşaat şirkətləri və fərdi müştərilərin marağına ümid edirik!