Mən sərgi ilə tanış oldum və yerli bazarı yaxından öyrəndim

Mən sərgi ilə tanış oldum və yerli bazarı yaxından öyrəndim

25 oktyabr 2018 0000

Andrey Derepasov, Moskva

- Bakıya səfərimin məqsədi “Aquatherm Baku” sərgisi ilə tanış olmaq, yerli bazarı öyrənmək və zəruri əlaqələr yaratmaqdır. Bu gün Türkiyə şirkətləri məndə maraq oyadıb və birgə beynəlxalq əməliyyatlar üçün imkan yaranıb. Bununla yanaşı, mən layihələrin kompleks reallaşdırılması ilə məşğul olan şirkətlərin nümayəndələri ilə də danışıqlar aparmışam. Biz birgə fəaliyyət imkanlarını müzakirə etdik. İstərdim ki, gələcəkdə sərginin miqyası daha da genişlənsin və havalandırma avadanlıqlarının istehsalçıları sərgidə daha geniş təmsil olunsun.

Mən müxtəlif dünya ölkələrində təşkil olunan sərgiləri tez-tez ziyarət edirəm. Bu tədbirlər sayəsində həmişə yeni təmayüllər və yeniliklər barədə məlumatlı olmaq mümkündür. Bununla yanaşı, ixtisaslaşmış beynəlxalq tədbirlər öz brendini təbliğ etməyə imkan verir.


Rəsmi mehmanxana

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN