Mən burada məmnuniyyətlə xeyli vaxt keçirirəm!

Mən burada məmnuniyyətlə xeyli vaxt keçirirəm!

25 oktyabr 2019 0000

Elşad Ağayev, “Sauter” (Azərbaycan) şirkətinin direktoru

Mən İsveçrə şirkətini Azərbaycanda təmsil edirəm və hər il “Aquaterm” sərgisini ziyarət edərək, burada məmnuniyyətlə xeyli vaxt keçirirəm. Bu, mənim üçün vacib və eyni zamanda, xoş tədbirdir, belə ki, burada işgüzar danışıqlarla yanaşı, köhnə tərəfdaşlarla isti görüşlər də insanı sevindirir.

Ziyarətimin məqsədi avtomatika sahəsindəki yeniliklər, dəyişikliklər, yeni layihələr barədə məlumat almaqdır. Bu, öz işimdə təkmilləşməyimə kömək edir. Mən artıq yeni Amerika və Rusiya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmişəm və gələcəkdə öz layihələrimizdə tətbiq edə biləcəyimiz məhsullar haqqında məlumat almışam.

Mən sərginin təşkilatçılığını, stendlərin yerləşmə tərzini çox bəyəndim və hesab edirəm ki, tədbir bütün işgüzar insanlar üçün vacibdir, belə ki, siz burada öz tərəfdaş çevrənizi genişləndirə bilərsiniz.

 


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN