Zaur Vəliyev, “Azertexnolayn” MMC-nin Satış şöbəsinin rəhbəri
Şirkətimiz 2011-ci ildən fəaliyyət göstərir. Bizim üç fabrikimiz və bir istehsal sahəmiz var. Biz polad borular, polietilen və çuqun məmulatların istehsalı ilə məşğuluq.
Şirkət “Aquatherm Baku 2021” sərgisində su və qaz borularını, kanalizasiya borularını təqdim edir. Təkliflərimiz arasında tökmə məhsullar da var: su məhəccərləri, lyuklar, traplar, yanğın hidrantları. Bu məhsullar SOCAR, “Azərsu” ASC və dəniz limanı kimi böyük şirkətlər tərəfindən istifadə edilir. Su borularımızın xüsusiyyəti onların içəridən içməli su üçün yararlı boya ilə örtülməsidir. Buna görə də bu borulardakı su təmiz və istifadəyə yararlı qalır.
Bu sərgi hazırda Qarabağın tikintisində istifadə olunan məhsullarımızın təqdimatına yaxşı kömək edir. Tökmə məmulatlar istehsal edən şirkətimiz Qarabağın bərpası layihəsində iştirakını davam etdirmək üçün işgüzar əlaqələr qurmağa çalışır.
Bir neçə ildir ki, sərgi layihələrində iştirak edirəm, ancaq bugünkü forum Qarabağın bərpasına çağırışla vurğulanan xüsusi ruha malikdir. İnsanlar məhsullarımıza böyük maraq göstərir və çoxlu suallar verirlər. Hesab edirəm ki, sərgi istehsalçılar ilə maraqlanan insanlar arasında yaxşı vasitəçiyə çevrilib.