Kondisionerlər, su qızdırıcıları, qazanlar ...

Kondisionerlər, su qızdırıcıları, qazanlar ...

21 oktyabr 2021 0000

Sayfulla Nigmatov, “Artel” şirkətinin İxracın inkişafı departamentinin meneceriBakıda keçirilən “AquaTherm” sərgisində üçüncü dəfə iştirak edirik.

Bu gün stendimizdə kondisionerlər, elektrik su qızdırıcıları və ikikonturlu qazanlar təqdim edilir. Otaqların isidilməsi və soyudulması üçün gücü 100 kVt-a qədər olan kondisionerlər, həmçinin həcmi 30 l-dən 100 l-ə qədər olan məişət üçün elektrikli su qızdırıcıları və 150 l-ə qədər olan kommersiya su qızdırıcıları, suyu isitmək, isitmə və yerdən isti döşəmə üçün ikikonturlu qazanlar təqdim edilir.

Bununla yanaşı, məişət texnikasının tam spektri mövcuddur: televizorlar, tozsoranlar və s. Bu dar profilli sərgi olduğu üçün stenddə yalnız kondisionerlər və su qızdırıcıları təqdim edirik.

İşçilərin, xüsusən də yeni dilerlərin inkişafı üçün yaxşı perspektivlərimiz var, bu gün məhz bu barədə stendimizdə maraqlı söhbət olub. Məhsullarımızla maraqlanan xeyli ziyarətçi, o cümlədən yalnız kondisionerləri və su qızdırıcılarını deyil, həm də şirkətimizin digər fəaliyyət istiqamətləri və markaları barədə peşəkar anlayışı olan potensial dilerlər də var.

Hesab edirəm ki, ixtisaslaşdırılmış sərgilərin keçirilməsi istilik sistemləri və soyutma sektorunun inkişafına böyük töhfə verir, çünki bu tədbirdə iştirak bizə yeni perspektivləri nəzərdən keçirmək, əlaqələr qurmaq, yeni müştərilər tapmaq, təcrübə mübadiləsi aparmaq və rəqiblərimizin təkliflərini öyrənmək imkanı verir.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN