İstixana avadanlıqları

İstixana avadanlıqları

19 oktyabr 2016 0000

Rasim İsayev, “Nobel Electric” şirkətinin ticarət nümayəndəsi

– “Nobel Electric” şirkəti öz tərəfdaşı olan “Alarko” şirkətinin stendində çıxış edir və həm fərdi, həm də sənaye təyinatlı istilik sistemlərini təklif edir. Bizim şirkət “Aksa” generatorları, eləcə də “Alarko” istilik və soyuducu sistemlərinin rəsmi distribyutoru olmaqla yanaşı, həm də “Siemens” avtomatları, “Legrand” və “Gewiss” elektrik açarları, “Prysmian” kabelləri, “Izeltash” əl alətləri və “Jett” tənzimləyicilərinin səlahiyyətli satıcısıdır.

Bizim istilik sistemləri Azərbaycanın Gəncə, Şəmkir və Tovuz rayonlarında, eləcə də Abşeron rayonunun qəsəbələrində geniş tətbiq edilir. Biz əsasən istixanalar üçün avadanlıqların quraşdırılması ilə məşğuluq. Bizim şirkət ziyarətçilərə öz yeni məhsulları – qazanlar, odluqlar, kombi sistemləri, nasoslar, artezian avadanlıqları, genişləndiricilər və digər məhsullar ilə tanış olmaq imkanı verir.

Son illər ərzində sərgidə dəfələrlə iştirak öz müsbət nəticələrini verir. Bununla yanaşı, biz burada öz daimi tərəfdaşlarımızla görüşlər keçirir və yeni potensial müştərilərlə tanış oluruq.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN