Eldar Suvarov, “Yusi Ko” şirkətinin Baş direktoru:
Biz bütün “Aquatherm Baku” tədbirlərində iştirak edirik və hər dəfə yeni məhsullar təqdim etməyə çalışırıq, bu sərgi platforması innovativ məhsulları nümayiş etdirmək üçün uğurla imkan yaradır.
Şirkət müxtəlif ölçülü məkanların havalandırılması üzrə avadanlıqlar, məkanın havasının təmizlənməsi, obyektlərin ən yeni filtrlərlə təmin edilməsi sahəsində ixtisaslaşıb, kommunal təsərrüfatın bütün sahələrində işinə kömək edir. Bakıda keçirilən 12-ci beynəlxalq “Aquatherm Baku” sərgisində çoxsaylı görüşlər təyin etmişik, yeni sazişlər bağlamaq mümkündür.
Azərbaycanda ətraf mühitin qorunması məsələləri ölkə prezidentin diqqət mərkəzindədir və bu da müxtəlif növ sənaye və məişət tullantıları ilə mübarizə aparmaq səlahiyyəti verir. Biz bu strategiyanı həyata keçirərək Avropanın yüksək keyfiyyətli məhsullarını Azərbaycana gətirir və “Yusi Ko” şirkətinin marjasını azaldaraq, məhsulları münasib qiymətlərlə satır, eləcə də bütün zəruri servis işlərini həyata keçiririk. Dövlət sifarişləri əsasında və dilerlər şəbəkəsi vasitəsi ilə bütün Azərbaycan ərazisində fərdi müştərilərlə işləyirik.
“Yusi Ko” şirkəti 15 ildir ki, fəaliyyət göstərir. Şirkət Azərbaycan bazarında fəaliyyət göstərdiyi müddət ərzində istilik və havalandırma sektorlarında tanınmış brendə çevrilib, çünki “Danfoss”, “Devi” (Danimarka), “Zehnder”, “Vaillant”, “Ziehl - Abegg” , “Ebm-papst” (Almaniya), “Systemair” (İsveçrə) və “Daikin” (Yaponiya) şirkətlərinin avadanlıqlarını ölkəyə gətirir.