Eldar Suvarov, “Yusi Ko” şirkətinin direktoru
Biz bütün “BakuBuild Azerbaijan” və “Aqua Therm Baku” sərgilərində iştirak edir və hər dəfə kommunal təsərrüfatın bütün sahələrini təmsil etməyə çalışırıq. Havalandırma avadanlıqları, eləcə də istilik sistemləri sahəsində ixtisaslaşan şirkətimiz bu gün yeni məhsullarını təqdim edir: kiçik biznes obyektlərində, habelə villa və kotteclərdə asanlıqla quraşdırılan “flex” havalandırma kanalları (rütubətə davamlı, anti-bakterial). Əvvəllər bizim şirkət nəhəng sənaye obyektlərində havalandırma avadanlıqlarının quraşdırılması layihələri ilə tanınıb. Həmçinin, sərgi çərçivəsində stendimizdə fitness zalları və istixanalar üçün hava və istilik pərdələrini, hava-su isidicilərini təqdim edirik. Azərbaycanda təqdim etdiyimiz avadanlıqların bir hissəsi Avropadan gətirilir və biz bütün zəruri servis xidmətlərini təklif edirik.
Şirkət öz məhsullarını da istehsal edir. Sərgidən yeni sazişlərin imzalanmasını gözləyirik, belə ki, bizim məhsullara olan tələbatdan əminik. Həmkarlar ilə söhbət də vacibdir.
“Yusi Ko” ASC uzun illər ərzində istilik və havalandırma sektorlarında Avropa brendinə çevrilib. Şirkət “Vents” (Ukrayna), “Danfoss”, “Devi” (Danimarka), “Zehnder”, “Vaillant”, “Wilo”, “Ziehl – Abegg”, “Ebm-papst” (Almaniya), “Maxa”, “Clint” (İtaliya), “Systemair” (İsveçrə), “Daikin” (Yaponiya) şirkətləri ilə işgüzar əlaqələr qurub. Ən son texnologiyaların Azərbaycana cəlb edilməsi üçün böyük iş görülüb.