Armin Holşanpur, “Daboo Sanat” şirkətinin Bakıda satış üzrə meneceri
– Bizim şirkət müxtəlif növ istilik sistemlərinin layihələndirilməsi və istehsalı məqsədi ilə 1996-cı ildə İranın Mazandaran şəhərində təsis edilib. Biz bu gün öz məhsullarımızı Rusiya, Özbəkistan, İraq, Əfqanıstan və digər ölkələrə ixrac edirik. Şirkət öz boylerləri, müxtəlif növ qazanları (qaynar yağ, üççıxışlı, alov kamerası ilə), istilik mübadiləsi qurğuları, müxtəlif növ, enerjiyə qənaət edən sistemlər, çoxtəyinatlı elektrik stansiyaları, sənayenin müxtəlif sahələrində, yaşayış evlərində - bir sözlə isti su və buxara ehtiyac olan hər yerdə istifadə edilə bilən qızdırıcıları və odluqları ilə tanınır. Həmçinin spirallı qızdırıcı elementi olan su qızdırıcıları da istehsal edilir.
Biz “Aquatherm Baku 2017” sərgisində köhnə əlaqələri yeniləmək niyyətindəyik və yeni görüşlərin keçirilməsinə, eləcə də yeni tərəfdaşlar qazanmağa ümid edirik. Bu gün stendimizdə ən yeni texnologiya nümunəsi olan neçə kiçik cihazı nümayiş etdiririk. Bu, spiral elementi olan su qızdırıcısıdır. İçindəki spirallar bir-birindən (yuxarıdan aşağıya qədər) müəyyən məsafədə yerləşdirilib və istiliyi bütün həcm üzrə bərabər şəkildə ötürərək korroziyaya imkan vermir. Buna görə də, qızdırıcı soyumur və qısa müddətdə istilik effekti yaradır. Bundan əlavə, qabaqcıl texnologiyaya uyğun olaraq istehsal edilmiş “Fayr baks” su qızdırıcısı da təqdim edilir. Bu məhsulun yeniliyi ondadır ki, su üç mərhələdən keçərək sürətlə qızır. Ən vacibi odur ki, bu yeniliklər yanacağa qənaət etməyə imkan verir.