İstilik, havalandırma və qazanxana sistemlərinin təqdimatı və tanıtımı
15 oktyabr 2025
0000
Abdul Gaibov, Direktor, "CK Trading" MMC
Şirkətimiz İsmet Soyutma, Havalandırma və Qazanxana sistemlərinin iri tədarükçüsüdür. Bu il Bakı Ekspo Mərkəzində keçirilən sərgidə iştirak edirik və artıq ikinci günümüzü davam etdiririk. Sərgi kifayət qədər aktiv keçir və təşkilatçılar tərəfindən hər şey yüksək səviyyədə təmin olunub. Biz iştirakımızdan çox razıyıq və sərgi platformasının həm iştirakçılar, həm də ziyarətçilər üçün yaradılan şəraiti xüsusi vurğulamaq istəyirik.
"CK Trading" MMC olaraq istilik sistemləri, qazanxana sistemləri, havalandırma və soyutma sistemlərinə aid 1700-dən çox çeşiddə məhsul təqdim edirik. Sərgi ziyarətçilərinə imkan yaradır ki, məhsullarımızı yerində görsünlər, ətraflı məlumat əldə etsinlər və suallarını birbaşa mütəxəssislərimizə verə bilsinlər. Bu, həm bizim üçün, həm də sərgi iştirakçıları üçün çox önəmlidir, çünki məhsulların keyfiyyətini və üstünlüklərini birbaşa nümayiş etdirmək fürsəti yaradır. İştirakımız şirkətimizin tanınması, məhsullarımızın bazarda daha geniş təqdimatı və yeni tərəfdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətlidir. Sərgi sayəsində həm mövcud müştərilərimizlə əlaqələrimizi gücləndiririk, həm də yeni biznes imkanları üçün zəmin yaradırıq. Hər bir ziyarətçi və qarşılıqlı əlaqə bizim üçün motivasiya mənbəyidir və gələcək inkişaf üçün yeni perspektivlər açır.
Biz əminik ki, bu sərgidə göstərdiyimiz fəallıq “CK Trading” MMC-nin məhsullarının bazarda tanınmasına, şirkətimizin etibarlı tərəfdaş kimi dəyərinin yüksəlməsinə və gələcəkdə daha geniş layihələrdə iştirakımıza böyük töhfə verəcək.