İsitmə və kondisiyalaşdırma sahəsində dünya lideri

İsitmə və kondisiyalaşdırma sahəsində dünya lideri

19 oktyabr 2017 0000

Fatimə Həsənova, “Alarko” şirkətinin satış üzrə meneceri

– Bizim “Nobel Electric” şirkəti Azərbaycanda Türkiyənin “Alarko Carrier” şirkətinin rəsmi təmsilçisidir. Şirkət istilik və kondisiyalaşdırma sahəsində dünya liderdir. İstehsal edilən əsas məhsullar divar tipli (asma) və məişət qazanları, o cümlədən odluqlar, panel radiatorlar, sirkulyasiya nasosları, çənlər, hava təmizləyən aqreqatlar, ventilyasiya boruları, hava qızdırıcıları, nasoslar və mühərrikləri, su yumşaldıcı sistemlər və su təzyiq sistemlərindən ibarətdir. Bütün bu məhsullar İstanbul şəhərində yerləşən zavodda istehsal edilir və yaşayış evləri, eləcə də istənilən böyük məkanlar və hətta gəmilər üçün nəzərdə tutulmuşdur.

İstehsalçı şirkət öz texnologiyalarını davamlı olaraq yeniləyir, xarici bazara çıxış imkanlarını genişləndirir, əməkdaşları üçün vahid təlim proqramları tətbiq edir və bununla da, rəqabət qabiliyyətini artırır. Biz beş ildən artıqdır ki, “Aquatherm Baku” sərgisində iştirak edirik və hesab edirik ki, reklam və tanıtma aksiyası ilə yanaşı, bu sərgi digər şirkətlərin nümayəndələri ilə tanış olmağa, dünyanın müxtəlif ölkələrindən ortaq biznesin inkişafı üçün tərəfdaşlar tapmağa imkan yaradır. Bu ünsiyyət və görüşlər bizə daim iştirak etdiyimiz tenderlərə hazırlaşmaqda da kömək edir.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN