İdxalçı və distribyutorların fəal axtarışı

İdxalçı və distribyutorların fəal axtarışı

20 oktyabr 2016 0000

Sameh Hammad, “Egyptian-German Industrial Corporate Egic” şirkətinin ixrac üzrə meneceri

 - Bizim şirkət “Aquatherm Baku 2016” beynəlxalq sərgisinin debütantlarından biridir. Misirin “Egyptian-German Industrial Corporate Egic” şirkəti su təchizatı və  suyun drenajı sahəsində müxtəlif materiallardan (polipropilen, polivinilxlorid və polietilen) boru xətti sistemlərinin istehsalı üzrə ixtisaslaşır. Bütün istehsal innovativ və lisenziyalı alman texnologiyası əsasında həyata keçirilir.

 Qeyd etmək lazımdır ki, eksponentlər arasında olmağımızın əsas məqsədi hər şeydən əvvəl bizim məhsulları Azərbaycan bazarında layiqincə təmsil edə bilən idxalçı və distribyutorların fəal axtarışıdır. Beləliklə, biz bu sahənin ticarət təşkilatları, distribyutorları və digər peşəkar mütəxəssisləri ilə görüşməyə ümid edirik. Bu sərgi əla təşkil olunub, iştirakçıların tərkibi yaxşı təsir bağışlayır: həm “Aquatherm Baku 2016”, həm də “BakuBuild 2016” sərgilərində bu sahənin dünyaca məşhur liderləri təmsil olunur və bu, hazırkı beynəlxalq forumun müstəsna əhəmiyyətini vurğulayır.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN