Həm korporativ, həm də sivil ziyarətçilərlə qurduğumuz razılaşmalardan məmnunuq
21 oktyabr 2024
0000
Hüseyn Zərdabi
SMM Manager
Plastcon Group Pipe MMC, Azerbaijan
Şirkətimiz 2015-ci ildən fəaliyyətdədir və dövlətin bütün strukturları ilə işləyirik: “Azərsu”-nun baş podratçısıyıq, eyni zamanda "SeaBreeze", "AzerGold", "SOCAR", "AZƏRİŞIQ" və "Azersun" ilə işləyirik. Bu yaxınlarda Xankəndi rayonunda ikinci zavodumuz fəaliyyətə başlayacaq. Demək olar ki, Qarabağda görülən bütün işlərdə bizim zavodun borularından istifadə edilir. Bizdə istehsal əsas iki istiqamətdədir: təmiz su, kanalizasiya və qaz boruları, ikincisi – drenaj və kabel qoruyucu olaraq istifadə etdiyimiz qofralı (koruge) borular. Xammalımız da yüzdə yüz yerli istehsaldır, SOCAR-dan alınır.
Bu sərgidə bir neçə Türk şirkəti ilə əlaqə qurduq. Türkiyənin iri “Kalyon İnşaat” şirkəti ilə müqavilə bağladıq. Qarabağda tikinti ilə məşğul olan bir çox şirkət şirkət boruları bizdən təmin edir. Daha sonra, biz SOCAR-dan və daha bir neçə yerli şirkətdən olan ziyarətçilər ilə də söhbət etdik. Bir də Səudiyyə Ərəbistan şirkəti ilə dostluq əlaqələri yaratdıq, sərgi sonrası onlara məhsul nümunəsi göndərəciyik. Həmçinin, burada qonşu stenddəki Türk şirkəti olan “VERA” və Səudiyyə Ərəbistan şirkəti “NEPROPLAST” ilə ortaq bir proyektdə iştirakı gözdən keçirdik.
Sərgi həmişəki kimi yüksək keçir. Yuxarıda qeyd etdiyim şirkətlər ilə keçirdiyimiz danışıqlar və qurulan əlaqələr bunu tam sübut edir. Ziyarətçilərin sayı çoxdur. Onlar arasında həm siravi vətəndaşlar, həm də şirkətləri təmsil edən ziyarətçilər var. Sivil ziyarətçilər axının təxminən 30 faizini təşkil etsə də, biz onları göz ardı etmirik. Çünki biz təkcə korporativ satışlar etmirik. Sərgidə əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk.