Dmitri Borisov, Finlandiyanın “Variosan OY “ şirkətinin ixrac məsələləri üzrə meneceri
Biz “Aquatherm Baku” sərgisində debüt edirik və düşünürük ki, Azərbaycanda bizim “Su ilə harmoniyada” şüarımızı paylaşa biləcək müştərilər tapacağıq. Finlandiyanın “Variosan OY” şirkəti 2004-cü ildə təsis edilib. Şirkətin fəaliyyət istiqamətlərindən biri Avropanın aparıcı istehsalçılarının santexnika avadanlıqları və qarışdırıcılarının müxtəlif bazarlara çatdırılmasından ibarətdir. Vaxt keçdikcə, “Variosan OY” şirkəti ətraf mühitə minimal təsiri nəzərə almaqla, sifarişçinin fərdi tələblərinə uyğun (“Premium” kateqoriyalı) eksklüziv qarışdırıcı modellərinin istehsalına başlayıb.
Şirkət 2019-cu ildə Bakıda yerləşən ticarət şəbəkəsi ilə işgüzar əlaqələr qurub, bu sərgi isə bizim əmtəə nişanının yerli bazarda daha geniş və səmərəli şəkildə təşviqinə kömək edəcək.
“Variosan OY” şirkəti etibarlı və müasir qarışdırıcıların istehsalı üçün innovativ su qoruyucu texnologiyaları tətbiq edir və yalnız ekoloji baxımdan təmiz, insan sağlamlığı üçün təhlükəsiz materiallardan istifadə edir.
Bizim qarışdırıcıların istismar ömrü 15-20 ilə qədərdir və sink-maqnezium-alüminium ərintilərindən deyil, tərkibində 78%-ə qədər mis olan latundan hazırlanıb. Biz biznesə məsuliyyətlə yanaşırıq və bizim məhsullar təminat verir ki, “Finlandiyada istehsal edilib” brendi ən yüksək keyfiyyət standartlarının sübutudur.