11-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük hovuzu” (“Aquatherm Baku”) sərgisinin məqsədi hər evdə əlverişli mühit yaratmaqdır.
Azərbaycan və Qafqaz regionunda aparıcı ixtisaslaşmış platforma olan “Aquatherm Baku” sərgisi istilik, havalandırma, kondisionerləşdirilmə (“HVAC”) sahəsinin peşəkarları üçün yeni tərəfdaş axtarışı, biznesin inkişafı və faydalı sazişlərin imzalanması baxımından ideal məkandır.