Əsas məqsədimiz yeni məhsullarımızın tanıtımıdır

Əsas məqsədimiz yeni məhsullarımızın tanıtımıdır

15 oktyabr 2024 0000
Nemət Murtuzov 
Mühəndislərin rəhbəri 
Demir Döküm, ELTI MMC, Azərbaycan 

Biz Demir Döküm şirkətinin Azərbaycanda rəsmi nümayəndəsiyik və burada yalnız kombi deyil, 70 illik təcrübəni təqdim edirik. Avadanlıq alınarkən ilk növbədə onun sınaqdan keçirilib-keçirilmədiyi yoxlanılmalıdır. 1957-ci ildən fəaliyyət göstərən Demir Döküm şirkəti 70 ildir kombi istehsal edir. Kombilərimiz uzun ömürlüdür, minimum qaz təzyiqi ilə işləmə imkanı təqdim edir, ağıllı isitmə sistemi sayəsində qaz sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır, ağıllı ev sistemləri ilə uyğundur və mobil telefonla idarə edilməsinə imkan tanıyır.

Burada təqdim etdiyimiz məhsullar arasında isitmə avadanlıqları, kombilər, ani su isidiciləri, termosifonlar (yəni elektrik su isidiciləri) və radiatorlar var. Həmçinin, burada təqdim edə bilmədiyimiz avadanlıqlar da mövcuddur, məsələn, yüksək təzyiqli su nasosları, çox mərtəbəli binaları isitmək üçün mərkəzi qazanxanalar və istehsalat üçün lazım olan buxar qazanları sərgidə nümayiş olunmayıb.

Bu, bizim ilk sərgimiz deyil; bir neçə dəfə sərgilərdə iştirak etmişik. Sərgilər aktiv keçir və hər sərgidə gözlədiyimiz nəticələri alırıq. Bu gün sərginin birinci günüdür; düşünürəm ki, növbəti günlər daha maraqlı olacaq. Sərgilər yeni müştərilər, distribyutorlar və ixracat agentləri tapmaqda kömək edir, yeni müqavilələrin bağlanması üçün imkanlar yaradır, amma bizim əsas məqsədimiz burada avadanlıqlarımızın, yeni məhsullarımızın və modellərimizin tanıtımıdır. Eyni zamanda, bizimlə işləyən tərəfdaşlarımızla daha sıx əlaqələrin qurulması üçün də sərgi əlverişli şərait yaradır, köməkçi vasitə kimi çıxış edir.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN