Villi Dayk, Almaniyanın “Grunbeck” şirkətinin ixrac bölməsinin meneceri:
Şirkət Bakıda keçirilən “Aquatherm Baku” sərgisində debüt edərək “Premium” və “Ekstra” kateqoriyalı su təmizləyici məhsulları təqdim edir və tərəfdaşımız olan “Caspian Service” şirkəti vasitəsilə Azərbaycanda müştərilər tapmaq niyyətindəyik. Biz “Aquatherm Baku” sərgisində təqdim edilən yeni, perspektivli bazara çıxmaq imkanından razıyıq.
“Grunbeck Wasseraufbereitung GmbH” şirkəti 1949-cu ildən etibarən “Suyu tanıyırıq” devizi altında fəaliyyət göstərir, çay, göl, quyu suyunun filtrasiyası və keyfiyyətinin yaxşılaşdırılması sahəsində ixtisaslaşıb. Azərbaycanın inşaat sektorunun sürətli inkişafı ilə əlaqədar bizim məhsullar meyvə-tərəvəzlərin saxlanması, şirə, alkoqol istehsalı ilə məşğul olan müəssisələri, pivə zavodlarını maraqlandıra bilər. Suyun məişət istehlakçıları üçün “GENO-OSMO-X”, “Delta-p” kompakt filtrlərini, “GENO-ultrafil” ultra-filtrasiya sistemini təklif edirik.
Tərəfdaşımız olan “Caspian Service” şirkəti bizim məhsulların təqdim edilməsi üçün ikitərəfli görüşlər təşkil edir, ümidvaram ki, bu məhsullar maraq doğuracaq, çünki onlar yüksək keyfiyyəti ilə seçilir (biz bir neçə onillik ərzində fasiləsiz işə zəmanət veririk). Distillə edilmiş suyumuzla meyvə - tərəvəz konsentratları hazırlamaq və bu şirələri əminliklə 100 faiz təbii adlandırmaq olar.