Namiq Xəlilov, “Euroclima” şirkətinin satış üzrə direktoru
– “EUROCLIMA” Avropanın tanınmış istilik, soyutma, havalandırma, alternativ günəş enerjisi və su təchizatı sistemləri, eləcə də onların quraşdırılması və servis xidməti sahəsində ixtisaslaşan nəhəng Azərbaycan şirkətlərindən biridir. Bizim şirkət ənənəvi olaraq bu sahədə ən son məhsulları müştərilərə təqdim etmək niyyəti ilə fərqlənir.
Biz “Aquatherm Baku 2018” sərgisində dünyanın iki tanınmış brendini – Danimarkanın “Danfoss” və Koreyanın “Navien” brendlərini təqdim edirik. Xüsusilə, “Danfoss” termostatlarının əsas xüsusiyyəti istilik sistemlərində enerjiyə qənaət etmək və evlərdə rahat şərait yaratmaqdır. “Navien” şirkətinin yeniliyi internet vasitəsilə uzaqdan idarə edilən kombidir. İstifadəçilər öz evlərindən uzaqda, evə gəlməzdən əvvəl, evdə rahat temperatur iqlimi yarada bilərlər.
Təklif edilən məhsul Azərbaycanda populyardır və ona böyük tələbat var. Bu amil, habelə sənaye peşəkarları və sıravi vətəndaşların göstərdikləri maraq bizim sərgidə iştirakımıza böyük ölçüdə təsir edib.
Biz sərginin işində iştirak etməklə, məhsulun təbliğinə və yeni əlaqələrin axtarılmasına kömək edən bu tədbirin faydasını dəfələrlə görmüşük. Biz istərdik ki, sərgi iştirakçılarının sayı daha çox olsun. Dünyanın müxtəlif ölkələrini təmsil edən ayrı-ayrı şirkətlərin yeni məhsulları ilə tanış olmaq, öz imkanlarımızı nümayiş etdirmək və yeni əlaqələr qurmaq üçün burada həmin şirkətlərin nümayəndələri ilə görüşmək mühüm əhəmiyyət kəsb edir.