Boru və fittinqlərin geniş çeşidi

Boru və fittinqlərin geniş çeşidi

23 oktyabr 2019 0000

Massimo Bosi, İtaliyanın “LARETER s.p.a” şirkətinin regional ixrac üzrə meneceri

Bizim şirkət “Aquatherm Baku” sərgisində debüt etsə də, Azərbaycan bazarını perspektivli hesab edir. Biz bu tədbir sayəsində potensial müştərilər ilə işgüzar görüşlər keçirməyə ümid edirik.

“LARETER” şirkəti dünyanın müxtəlif bazarlarında işləyir, sənaye və inşaat sahələrində (su təchizatı, kanalizasiya boruları), eləcə də kənd təsərrüfatında suvarma sistemləri üçün istifadə edilən polivinilxloriddən (PVC) və polietilendən (PE) hazırlanmış boru və fittinqlərin geniş çeşidinin istehsalı sahəsində ixtisaslaşıb. Bizim şirkətin məhsullarının ciddiliyi və etibarlığı suyu təmizləmə sistemləri, inşaat, soyutma prosesləri üzrə İtaliya və Avropanın digər şirkətlərinin müxtəlif strateji layihələrində geniş tətbiq tarixi ilə təsdiq olunur.

“LARETER” şirkəti 2008-ci ildən etibarən “təzyiq altında tökmə” və “termoqəlibləmə” metodları vasitəsi ilə termoplastik məhsulları hazırlama texnologiyalarını uğurla tətbiq edir. Məhsul çeşidinə xüsusən müştərilərin fərdi sifarişləri əsasında, artezian quyuları, drenaj sistemləri, üzgüçülük hovuzları, soyuducu qurğular, geotermal qurğular, geotexniki sistemlər, tunellər üçün boru və fittinqlərin istehsalı daxildir.

Məhsulların yüksək keyfiyyəti onları dünyanın 40-dan çox ölkəsinə ixrac etməyə imkan verir. Düşünürəm ki, bizim məhsullar Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan şirkətləri, eləcə də fəaliyyəti su ilə bağlı olan iri zavodları maraqlandıra bilər.

 


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN